“PİEZO Ultrasonic” Rinoplastika”

“Piezo” cərrahiyyəsi nədir? Rinoplastikanın əsasını sümüyün kəsilməsi və formaya salınması təşkil edir. Bu zaman isə əməliyyatdan sonra ağrı, gözaltı göyərmə və şişkinlik kimi problemlər yaşanır. “Piezo”(ultrasonik) Rinoplastikanı tətbiq edən ilk ölkələr sırasında bizdə yer alırıq. Bununla da əməliyyatda istifadə olunan çəkic və bu kimi küt alətlərdən istifadəyə son qoyuldu. Həmçinin ultrasonik üsulla sümük kontrollu bir şəkildə formaya salındığı üçün istənməyən sümük kəsimi və ya qırığı olmur. Həmçinin yumşaq toxumalar da heç bir zədə almır. Azərbaycanda “Piezo” rinoplastikanı tətbiq edən ilk həkimlərdən biri də Dr.Azər Verdiyevdir.