TƏKRAR Rinoplastika (REVİSİON Rhinoplasty)

TƏKRAR Rinoplastika (Revision) birinci rinoplastikadan sonra qalan problemlərin korreksiyası məqsədi ilə icra edilir. Bu cür problemlər çox kiçik və tez aradan qaldırıla bilən,çox zaman isə kifayət qədər çətin olur.Təkrar rinoplastika həm açıq, həm də qapalı üsulla aparıla bilər.Rinoplastika əməliyyatından sonra pasientin yekun burun xoşuna gəlmədiyi təqdirdə,səbəbindən asılı olmayaraq ( əməliyyatın uğursuzluğu,əməliyyatdan sonra alınan travma nəticəsində və ya pasientin həkimin məsləhətlərinə riayət etməməsi nəticəsində) və s. hallar baş verərsə təkrar əməliyyata ehtiyac duyulur.